Lavrov sabah Rubio ilə görüşəcək

14:38 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio iyul ayının 23-də görüşəcəklər. 

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri açıqlayıb. 

O, görüşün razılaşdırıldığını və cümə axşamı səhərə planlaşdırıldığını deyib:

"Görüş artıq razılaşdırılıb. Dünən qəbul zamanı Marko Rubio ilə qısa söhbət etdik və onun sabah, günün birinci yarısında baş tutacağını bir daha təsdiqlədik. Ümid edirəm ki, təəssüratlarımız barədə sizə məlumat vermək imkanımız olacaq".